"Mingəçevir"in baş məşqçisi müəyyənləşdi - AÇIQLAMA

"Mingəçevir"in baş məşqçisi müəyyənləşdi - AÇIQLAMA

Növbəti mövsüm Birinci Divizionda çıxış edəcək "Mingəçevir"in düşərgəsindən yeni xəbər var. Klub bu gün Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. 

Bundan başqa, qərb təmsilçisinin baş məşqçisi də müəyyənləşib. 

Klubun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Rövşən Əhmədovun Fanat.Az-a verdiyi məlumata görə, yeni mövsümdə "Mingəçevir"i Azər Həşimov çalışdıracaq: "Sizə əvvəlki açıqlamamda da demişdim ki, komandanı simsar adama tapşırmaq istəyirik. Azər Həşimov öz şəhərimizin yetirməsidir. O, Mingəçevirdə doğulub, bölgə futbolunun potensialına bələddir. Uzun illər "Qəbələ" klubunda fəaliyyət göstərsə də, Mingəçevirdən olan istedadlı uşaqları taparaq işlədiyi klubun akademiyasına cəlb edib. Üstəlik, "Energetik"də də komandaya o başçılıq edib. 

"Mingəçevir"in baş məşqçisi müəyyənləşdi - AÇIQLAMA Azər Həşimovun köməkçilərini də müəyyənləşdirmişik. Ona Samir Məmmədov kömək edəcək. Qapıçılarla işləyən məşqçi isə Elnar Kərimov olacaq".  

Sabiq hakim olan klub rəsmisi heyətlə bağlı seleksiyaya başlamaq üçün büdcənin müəyyənləşməsini gözlədiklərini də vurğulayıb: "Hələ büdcə təsdiqlənməyib. İnşallah, növbəti həftə üçün yaxşı xəbərlər gözləyirik. Seleksiya işini isə məşqçilərimiz aparacaq".

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər