Mingəçevirdə festival keçirildi

Mingəçevirdə festival keçirildi

Mingəçevir şəhərində “Kütləvi Futbol Həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib. 

Fanat.Az xəbər verir ki, UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə keçirilən və futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə təşkil olunan layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib. Tədbirin əvvəlində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Meydançada - müxtəlif maraqlı oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.

Mingəçevirdə festival keçirildi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər