“Mingəçevir”də baş məşqçi dəyişikliyi

“Mingəçevir”də baş məşqçi dəyişikliyi

1-ci Liqanın daha bir iştirakçısında istefa gerçəkləşib.

Fanat.Az xəbər verir ki, ötən tur öz meydanında "Zaqatala"ya 0:1 uduzan "Mingəçevir"in məşqçilər korpusu istefa verib.

Klubun İdarə Heyəti istefa xahişini qəbul edib və Samir Məmmədov baş məşqçi vəzifəsindən azad olunub.

Yeni baş məşqçi Mingəçevir futbolunun əfsanələrindən sayılan, klubda məsləhətçi vəzifəsində olan Ədəhim Niftəliyev təyin olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər