"Mingəçevir Reqatası"na qatılacaq ölkələr məlum oldu

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr məlum oldu

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda çıxış edəcək ölkələr açıqlanıb.

Gənclər və İdman Nazirliyindən Fanat.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları da mübarizə aparacaq.

Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən reqatanın birinci günü Suqovuşanda baş tutacaq. İdmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər