“Mingəçevir reqatası”: 8 ölkənin 14 komandası mübarizəyə başlayır

“Mingəçevir reqatası”: 8 ölkənin 14 komandası mübarizəyə başlayır

Bu gün ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri start götürəcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarış 25-27 oktyabr tarixlərində baş tutacaq.   “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq reqatada 8 ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparacaq.  

Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak edəcək. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər