"Mingəçevir" hamıdan çox cərimə ödəyəcək

"Mingəçevir" hamıdan çox cərimə ödəyəcək

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, budəfəki iclas aşağı liqada son turun oyunlarında baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub. 

Toplantıda bu qərarlar qəbul edilib:   1-ci liqanın 2-ci turunun MOİK – “İmişli” görüşündə MOİK klubunun futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.   “Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.   “Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.   “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.   “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.   “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər