Milllimizin üzvü üçün yeni baş məşqçi

Milllimizin üzvü üçün yeni baş məşqçi
Millimizin üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB"nin yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubunu Nurullah Sağlam çalışdıracaq.
Klub rəhbərliyi 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Təqdimat mərasimində çıxış edən Sağlam klub rəhbərliyi ilə 3-4 gün əvvəl bir araya gəldiklərini və bəzi məsələləri müzakirə etdikdən sonra razılaşdıqlarını bildirib. 
Qeyd edək ki, son iş yeri "Mersin İdman Yurdu" olan Nurullah Sağlam əvvəllər "Qaziantepspor", "Karşıyaka", "Dənizlispor" və "Konyaspor" klublarını çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər