Millinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

Millinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi
Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu növbəti dəfə koronavirusa yoluxub.
 
Fanat.Az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb. 
 
Nəşr 68 yaşlı mütəxəssisin San-Pauloda xəstəxanaya yerləşdirildiyini bildirib.
Luşemburqu koronavirusun fəsadlarını hiss edən zaman Rio-de-Janeyroda olub. Daha sonra klinikaya getməyə qərar verib.
Qeyd edək ki, Vanderley Luşemburqu iyulda da koronavirusa yoluxub. O, həmin vaxt xəstəliyi simptomsuz keçirdiyini bildirmişdi. Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər