Polşa millisinin yeni baş məşqçisinin kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, komandanın başına yenidən Adam Navalka gətirilib.
Yerli mütəxəssis 2013-2018-ci illərdə də Polşa yığmasının baş məşqçisi olub.
Ölkə mətbuatının yazdığına görə, 64 yaşlı mütəxəssisin təyinatı yaxın zamanda rəsmən açıqlanacaq.
Qeyd edək ki, bir müddət öncə bu posta Andrey Şevçenkonun gətiriləcəyi bildirilirdi.