Millinin sabiq baş məşqçisi ömürlük həbs cəzası aldı

Millinin sabiq baş məşqçisi ömürlük həbs cəzası aldı

Çin millisinin sabiq baş məşqçisi Li Ti ömürlük həbs cəzası alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 46 yaşlı mütəxəssis korrupsiyada təqsirli bilinib. 

Li Tie danışılmış oyunlarla məşğul olub, üstəlik 2019-cu ildə Çin milli komandasına rəhbərlik etmək üçün təxminən 330 min funt-sterlinq rüşvət ödəyib. 

Li günahını boynuna alıb: “Həqiqətən üzr istəyirəm. Əyri yolla getməməli idim. Bəzi şeylər var idi ki, o dövrdə adi adət hesab olunurdu. Bu yollarla “uğur” əldə etdikcə, getdikcə səbirsizləşdim və ani nəticələrə can atdım. Buna nail olmaq üçün hakimlərə təsir göstərməyə və rəqib oyunçulara, məşqçilərə rüşvət verməyə əl atdım”. 

Qeyd edək ki, Li Te bir vaxtlar, konkret, 2002-2006-cı illərdə futbolçu kimi İngiltərə “Everton”unda çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər