Millinin qapıçısı UEFA-nı tənqid etdi: "Biz robot deyilik!"

Millinin qapıçısı UEFA-nı tənqid etdi: "Biz robot deyilik!"

UEFA Millətlər Liqasında üçüncülük uğrunda görüşdə İtaliyaya məğlub olan Belçika millisinin qapıçısı Tibo Kurtua (Thibaut Courtois) yarışdan narazı qalıb.

Fanat.Az "Fotamaç" saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu UEFA-nın ünvanına sərt tənqid səsləndirib: 

"Hər il yeni bir yarış fikirləşirlər.  Avropa Çempionatı, daha bir il sonra  Dünya Kuboku, arada da lazımsız Millətlər Liqası. Biz robot deyilik! Matçların sayı durmadan artır, istirahət vaxtı qısalır və heç kim bizimlə maraqlanmır. Zədələrin sayı ona görə artır. Oyunçuların bir il yüksək səviyyədə qalması üçün üç həftəlik tətil kifayət etmir. Üçüncü yer uğrunda oyun sırf pul üçün keçirilən oyundur. Bu barədə dürüst olmalıyıq. UEFA-ya əlavə pul lazımdır, biz isə futbol oynayırıq." 

Xatırladaq ki, Belçikanı yarımfinalda məğlub edən Fransa millisi final oyununda İspaniya yığmasını yenərək yarışın qalibi oldu.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər