Millinin oyunlarının təqvimi bilindi

Millinin oyunlarının təqvimi bilindi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, İlqar Aslanovun baş məşqçisi olduğu komanda 7-ci qrupda yer alıb. 

Bu mərhələnin görüşləri 25-30 mart tarixlərində Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Bosniya və Herseqovin – Azərbaycan 26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Türkiyə - Xorvatiya 26 mart. Ribnjak İdman Sarayı. Saat 22:00

Türkiyə - Bosniya və Herseqovina 27 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Xorvatiya – Azərbaycan 27 mart. Ribnjak İdman Sarayı. Saat 22:00

Azərbaycan – Türkiyə 29 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Xorvatiya – Bosniya və Herseqovina 29 mart. Ribnjak İdman Sarayı. Saat 22:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər