Millinin İsveçlə oyununa biletlər satışa çıxarıldı

Millinin İsveçlə oyununa biletlər satışa çıxarıldı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən ucuz bilet 5, 2-ci kateqoriya üçün 10, 1-ci kateqoriyadan olanlar isə 15 manatdır.

Matçı VİP-dən izləmək istəyənlər isə 30, 50 və ya 200 manat xərcləməlidir.

Biletləri bu ünvanlardan əldə etmək olar:   iTicket.az satış məntəqələri:   Gənclik Mall 28 Mall Heydər Əliyev Sarayı-nın kassası Köşk No1 (Sahil m. M.Rəsulzadə 3) Köşk No2 (Bülbül prospekti, Nizami küç.) 1 Saylı ASAN xidmət mərkəzi 2 Saylı ASAN xidmət mərkəzi 3 Saylı ASAN xidmət mərkəzi 4 Saylı ASAN xidmət mərkəzi 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Azərbaycan - İsveç oyunu noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər