17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 17-dən 19-dək Bakıda, martın 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Hazırlıq çərçivəsində yığmamızın Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq.
Belarus səfəri öncəsi Bakıda baş tutacaq təlim-məşq toplanışına 21 futbolçu dəvət edilib.
1. Nurəziz Əzizov - Neftçi 2. Addis İsmayılov - Marcet (İspaniya) 3. Zeyd Nəsirulla - Herta 03 Zehlendorf (Almaniya) 4. Atacan Məmmədov - Marcet (İspaniya) 5. Rəşad Gülüşov - Vətən 6. Uğur Qurbanlı - Qarabağ 7. Toğrul Mehdizadə - Vətən 8. Hüseyn Bayramov - Qarabağ 9. Məhəmməd Mədətov - Vətən 10. Fərid Cavadlı - Qarabağ 11. Allahverdi Şirinov - Qəbələ 12. Musa Mustafayev - Zirə 13. Nihad Cəfərzadə - Sabah 14. Nihat Şirinzadə - Vətən 15. Nihad Hüseynzadə - Sabah 16. Əli Bəşirov - Qarabağ 17. İbrahim Xəlilov - Sabah 18. Samir Şərifov - Vətən 19. Pünhan Kərimov - Marcet (İspaniya) 20. Nicat Kərimov - Vətən 21. Riad Qaradağlı - Qarabağ FK
Qeyd edək ki, millimizin Belarus yığması ilə qarşılaşmaları martın 23-də və 26-da keçiriləcək.