Polşa millisinin baş məşqçisi Eji Bjeçik koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası xəbər yayıb.
Testinin nəticəsi pozitiv çıxan mütəxəssis dərhal karantinə alınıb.
Qeyd edək ki, Polşa yığması Millətlər Liqası çərçivəsində oktyabrın 11-də İtaliya, 14-də Bosniya və Herseqovina ilə qarşılaşmalıdır.
Fanat.Az