Hollandiya Futbol Federasiyası gələn Braziliyada keçiriləcək dünya çempionatından sonra müqaviləsi başa çatacaq Luis van Qaalın yerinə başa milli komandaya baş məşqçi axtarır. Fanat.az xəbər verir ki, idman şəhrçiləri bir çox namizədin adının olduğu siyahıda millinin çalışdırmağa iki əsas namizədin olduğunu bildirir: Quus Hiddink və Ronald Koeman.
Federasiyadan dəvət alacağı halda danışıqlara gedəcəklərini deyən Hiddinkin meneceri Kees van Nieuvenhuizen Hollandiya mətbuatına açıqlamasında təcrübəli mütəxəssisin millini çalışdırmağa hazır olduğunu bildirib. Hiddinkin fərqli komanda və ölkələrdən təklif aldığını, amma bunları dəyərləndirmədiyini qeyd edən menecer son qərarı federasiyanın verəcəyini deyib.
Adı namizədlər arasında olan "Feyenoord"un baş məşqçisi Ronald Koeman da milli komandanı çalışdırmağa hazır olduğunu bildirib. Mütəxəssis Hiddinkin menecerinin təbliğat kampaniyası apardığını və bunun onu təəccübləndirdiyini deyib: "Hiddinkin təbliağ kampaniyasına ehtiyacı yoxdu".
Milli komandanı kimin çılaşdıracağı ilə bağlı müzakirələr qoşulan Co Adriaanse isə yeni çalışdırıcının hollandiyalı və gənc nəsildən olmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu vəzifəyə ən layiqli namizəd Ruud Qullitdi.
Bu arada Hollandiya mətbuatı xalqın millinin başında kimi görmək istəməsi ilə bağlı sorğu keçirib. Məlum olub ki, hollandiyalılar Hiddinki yenidən yığmada görmək istəyir. Sorğuda iştirak edənlərin 22 faizi Hiddinkə, 18 faizi Koemana, 12 faizi isə Frank De Bura səs verib.
Qeyd edək ki, Hollandiya millisinin hazırkı baş məşqçisi Luis van Qaal DÇ-2014-dən sonra başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirib. Onun yerinə əsas namizədlərdən biri olan Hiddink 1994-1998-ci illərdə yığmanı çalışdırıb. Koeman isə heç vaxt millinin baş məşqçisi olmayıb.
Fanat.az