MillimizUkrayna və Belçikaya rəqib oldu

MillimizUkrayna və Belçikaya rəqib oldu

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, mərasim da İsveçrənin Nyon şəhərində baş tutub. 

Serbiyada keçiriləcək AVRO-2016-nın əsas seçmə mərhələsində Azərbaycan milli komandası Ukrayna, Belçika yığmaları və ilkin seçmə mərhələnin A qrupunun qalibi olacaq komanda ilə birgə 4-cü qrupda yer alıb. İlkin seçmə mərhələnin A qrupunda Yunanıstan, Bolqarıstan, Danimarka və Cəbəllüttariq milliləri mübarizə aparacaq.

Mərasimdə AFFA-nı Asim Xudiyev təmsil edib. Yığmamızın mübarizə aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər