Millimizlə oyunda poker edən hücumçu "Qızıl top" aldı

Millimizlə oyunda poker edən hücumçu "Qızıl top" aldı

"Sportinq" klubunun və İsveç millisinin hücumçusu Viktor Dyökereş ölkəsində 2024-cü ilin ən yaxşı futbolçusu seçilib. 

Fanat.Az xəbər verir ki, məlumatı İsveç Futbol Assosiasiyasının mətbuat xidməti yayıb. 

26 yaşlı forvard nominasiyanın qalibi üçün hazırlanan "Qızıl top"u alıb.

Dyökereş bu il Lissabon klubu və millidə ümumilikdə 61 qol vurub. O, noyabrda başa çatan Millətlər Liqasının qrup mərhələsinin bombardiri olub. İsveçli hücumçu turnirin son turunda Azərbaycan millisi ilə qarşılaşmada ölkəsinin 6:0 hesablı qələbəsinə 4 qolla töhfə verib. O, cari Portuqaliya çempionatında da 14 matçda 18 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər