Millimizin üzvünün yeni baş məşqçisi müəyyənləşdi

Millimizin üzvünün yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" klubunun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Xose Ramon Sandoval çalışdıracaq.

46 yaşlı mütəxəssis mövsümün sonuna qədər baş məşqçi vəzifəsini yerinə yetirəcək. O, bu postda dünən istefaya göndərilmiş Abel Resinonu əvəzləyəcək.

Qeyd edək ki, "Qranada" La Liqada geridə qalan 34 turdan sonra 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər