Millimizin üzvünün Rusiyada debütü uğursuz alındı - VİDEO

Millimizin üzvünün Rusiyada debütü uğursuz alındı - VİDEO

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli yeni klubu "Torpedo"da debüt edib.

Fanat.Az xəbər verir ki, 31 yaşlı qolkiper Rusiya Superliqasının 1/4 final mərhələsinin ikinci oyunu olan  "Qazprom Yuqra" ilə matçda oynayıb. 

Hüseynlinin debütü uğursuz alınıb. Belə ki, komandası pley-off görüşündə 3:8 uduzub.  

İlk qarşılaşmada "Torpedo" 5:3 hesabı ilə qalib gəlmişdi. Hazırda komandalar arasında ümumi hesab 1:1-dir. Həlledici qarşılaşma aprelin 2-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər