Millimizin üzvünə Super Liqadan təklif gəldi

Millimizin üzvünə Super Liqadan təklif gəldi
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fatih Şanlı 3 klubun maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, türk əsilli futbolçu Azərbaycan və Türkiyə klublarının hədəfindədir.
Ölkəmizdən onunla «Sumqayıt» maraqlanır. Türkiyədən isə Super Liqaya yeni vəsiqə qazanan «Çaykur Rizəspor» və «Konyaspor» futbolçumuzu istəyir. Fatih yaxın bir həftədə qərarını verəcək.
Qeyd edək ki, Şanlı Almaniyanın Regional Liqasında çıxış edən «Berqiş Qladbax»ın formasını geyinir.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər