Tuğrul Erat yenidən II Bundesliqaya qayıdıb. Fanat.az xəbər verir ki, millimizin üzvü "Fortuna"nın əsas komandasına dönüb.
Baş məşqçi Oliver Rek onu V turun "Nürnberq"lə matçda meydana buraxıb. Start heyətində yer almayan Tuğrul 83-cü dəqiqədə Kristian Qartnerin yerinə meydana çıxıb.
Oyun "Fortuna"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrulun komandası 5 turda 8 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ötən mövsümdə II Bundesliqanın 12 oyununda meydana çıxan, 1008 dəqiqə oynayan və 2 qol vuran Erat 2014/15 mövsümünün əvvəlində U-23 komandasına göndərilmişdi. O, Regional Liqada 5 oyun keçirib, 450 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az