Türkiyənin "Girəsunspor” klubuna yeni baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçünün çıxış etdiyi komandanı Hüseyn Kalpar çalışdıracaq. PTT 1-ci liqa təmsilçisinin prezidenti Kamal Bozbağ yeni çalışdırıcı ilə mövsümün sonuna qədər razılıq əldə etdiklərini bildirib.
Qeyd edək ki, "Girəsunspor”da bir neçə gün əvvəl baş məşqçi Mətin Diyadinlə yollarını ayırıb. Komanda 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az