Millimizin üzvü Türkiyədə legioner statusu aldı

Millimizin üzvü Türkiyədə legioner statusu aldı
"Bursaspor"un futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək. Səbəb 28 yaşlı hücumçunun Azərbaycan millisində forma geyinməsidir.
Bu qərar D.Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətindəki əcnəbi futbolçuların sayı 9-a çatıb.
Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.("Report")
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər