Milli komandamızın üzvü klubunu dəyişib. Fanat.az xəbər verir ki, Ufuk Budak "Eskişəhərspor"u tərk edib.
Super Liqa klubundan ayrılan futbolçumuz PTT 1-ci liqada mübarizə aparan "Qaziantep BB"yə keçib. Antep təmsilçisi Ufukla 1,5 illik müqavilə imzalayıb. "Qaziantep BB" həmçinin "Eskişəhərspor"dan Mahmut Bozu mövsümün sonunadək icarəyə götürüb.
Qeyd edək ki, "Eskişəhərspor"un baş məşqçisi Ufuk Budakı yayda əsas komandadan kənarlaşdırmışdı. Millimizin üzvü bu səbəbdən ilk yarını A2 komandasında keçirib.
23 yaşlı sol cinah müdafiəçisi karyerasına Almaniyada başlayıb. 2009-2010-cu illərdə "SSV Ulm"da (8 oyun) çıxış edən Ufuk 2010-2012-də "Frayburq"un ikinci komandasının şərəfini qoruyub (43 oyun). U-21 yığmamızda 1 matça çıxan Budak A millidə 12 oyun keçirib.
Onu da qeyd edək ki, "Qaziantep BB" PTT 1-ci liqanın 19 turunda 24 xal qazanıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komandaya Vedat Özsoylu başçılıq edir.
Fanat.az