Millimizin üzvü Türkiyə Super Liqasında qol vurdu

Millimizin üzvü Türkiyə Super Liqasında qol vurdu

Türkiyə Super Liqasında XXIV turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Osmanlıspor"un qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində yer alan millimizin üzvü komandasının qoluna imza atıb. O, 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Dəniz Yılmaz 90+3-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bursaspor" 24 turdan sonra 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər