Millimizin üzvü Türkiyə Super Liqasında

Millimizin üzvü Türkiyə Super Liqasında
Azərbaycan millisinin üzvü Ufuk Budak Türkiyə Super Liqasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, futbolçunun transferindən "Kayserispor" maraqlıdı.
Bu barədə məlumatı qardaş ölkə mətbuatı yayıb. Mənbədə bildirilir ki, hazırda "Qaziantep BB"də çıxış edən Budakın Kayseri təmsilçisinə keçidi real görünür. Belə ki, hazırda "sarı-qırmızılar"ı çalışdıran Hakan Kutlu ötən mövsüm Ufukun komandasının baş məşqçisi olub. 44 yaşlı çalışdırıcı sabiq futbolçusunu yenidən rəhbərliyi altında görmək istəyir.
Qeyd edək ki, Ufuk Budak hazırda Azərbaycan milli komandası ilə birgə Avstriyada təlim-məşq toplanışındadır. Futbolçunun Türkiyəyə qayıtdıqdan sonra "Kayserispor” barədə qərar verəcəyi gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər