Milli komandamızın üzvü Ufuk Budakın forma getindiyi "Boluspor" yoldaşlıq görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Bolu təmsilçisi həvəskar liqa klubu "Qaradəniz Ereğli Bələdiyyəspor"la qarşılaşıb.
Oyun "Boluspor"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Ufuk Budak 41-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, onun yeni komandasında ilk qolu olub.
Fanat.Az