Millimizin üzvü Türkiyə klubunda debüt etdi

Millimizin üzvü Türkiyə klubunda debüt etdi

Azərbaycanlı futbolçu Sertan Taşkın "Manisa"da debüt edib.

Fanat.Az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turun “Kocaelispor"la ev oyununun iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Görüş “Manisa”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.

"Manisa" hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər