Türkiyə Super Liqasında XIX turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" lider "Başakşəhər"in qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Dəniz Yılmaz sonadək meydanda olub.
Qeyd edək ki, 19 turda 27 xal toplayan "Bursaspor" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.Az