Türkiyə Super Liqasında XIII turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Çaykur Rizəspor"u qəbul edib.
Oyun Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Bursaspor"un hər iki qoluna Dəniz Yılmaz imza atıb. Start heyətində yer alan futbolçumuz 64-68-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. O, sonadək meydanda olub.
Qeyd edək ki, "Bursaspor" 13 turdan sonra 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.Az