Azərbaycan milli komandasının üzvü Ali Gökdəmir Türkiyə Super Liqasında çıxış edəcək. Fanat.az Türkiyə mətbuatını istinadən xəbər verir ki, futbolçumuz “Elazığspor”la anlaşıb.
Müqavilə ilə Almaniyanın “Hannover 96” klubuna məxsus olan gənc müdafiəçi “Elazığspor”da icarə əsasında çıxış edəcək. Bu komandaya hazırda Türkiyə futbolunun canlı əfsanələrindən olan Okan Buruk başçılıq edir. Elazığ təmsilçisi ötən gün səhər saatlarında Batuhan Karadenizi də heyətinə qatıb.
Qeyd edək ki, "Hannover 96"da çıxış edən millimizin üzvü qış fasiləsində A komandasının təlim-məşq toplanışına qatılmış və yoxlama oyunlarında meydana çıxmışdı. Lakin toplanışın sonunda baş məşqçi Tayfun Korkut onu yenidən U-23 komandasına göndərmişdi.
Fanat.az