Millimizin üzvü Super Liqa klubuna keçdi - RƏSMİ

Millimizin üzvü Super Liqa klubuna keçdi - RƏSMİ

 Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış Emre Kaplan Türkiyədə klubunu dəyişib. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Super Liqa klubu “Hatayspor”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan futbolçu Hatay təmsilçisinə icarəyə verilib. O, qarşıdakı 1,5 ili məhz bu komandada keçirəcək.

Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında 3 rəsmi oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər