Millimizin üzvü "Şaxtyor"a qarşı 90 dəqiqə oynadı

Millimizin üzvü "Şaxtyor"a qarşı 90 dəqiqə oynadı
Ukrayna Premyer Liqasında XIX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" Donetsk "Şaxtyor"unun qonağı olub. 
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Şaxtyor"  başçılıq edir. "Dinamo" (Kiyev) 41 xalla 2-ci, "Aleksandriya" 36 xalla 3-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər