Millimizin üzvü Rusiyanı Qazaxıstana dəyişdi

Millimizin üzvü Rusiyanı Qazaxıstana dəyişdi

Azərbaycan millisinin üzvü Rafael Vilela Rusiyanın "Tümen" klubundan ayrılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Aleksandr Popov "sibinformburo.ru" saytına açıqlamasında deyib.

Popov 7 legionerin, o cümlədən Vilelanın siyasi səbəbdən klubdan ayrıldığını bildirsə də, millimizin üzvü ilə müqavilənin davam etdiyini açıqlayıb:    Vilelanın "Tümen"lə müqaviləsi var. Gələn mövsümü icarə əsasında Qazaxıstan "Kayrat"ında keçirəcək. Siyasi vəziyyət dəyişsə, biz onu geri qaytaracağıq".

Qeyd edək ki, 29 yaşlı braziliyalı forvard "Tümen"ə bu ilin əvvəlində İspaniyanın "Palma Futzal"ından 200 min avroya keçib. Ancaq FIFA və UEFA Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Bu səbəbdən "Tümen" futzal üzrə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər