Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü növbəti dəfə qələbə qazanıb. Fanat.az xəbər verir ki, Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka" 16-cı tur çərçivəsində "Tümen"in qonağı olub.
Hücumçumuzun komandası çətinliklə də olsa səfərdən qələbə ilə dönməyi bacarıb - 3:2 (20:25, 25:19, 22:25, 25:15, 15:10).
Qeyd edək ki, Məmmədova və rəfiqələrini qarşıda daha çətin sınaq gözləyir. "Omsk pişikləri" növbəti turda səfərdə lider Kazan "Dinamo"su ilə qarşılaşacaqlar. Hazırda "Omiçka" məhz Tatarıstan təmsilçisindən geri qalmaqla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Fanat.az