Millimizin üzvü rəsmən Super Liqa klubunda - FOTO

Millimizin üzvü rəsmən Super Liqa klubunda - FOTO
Milli komandamızın futbolçusu Ufuk Budakın Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu ilə razılıq əldə etməsini xəbər vermişdik.
Fanat.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi bu gün yeni klubu ilə münasibətlərini rəsmiləşdirib. Kayseri təmsilçisi Karpuzatan adlı bazasında Budaqla yanaşı, Anıl Karaər və Kolibay Sönməzlə də rəsmi müqavilə imzalayıb.
Ufukla, eyni zamanda onun kimi sol cinah müdafiəçisi olan Anılla 2 illik müqavilə bağlanılıb. Kolibay isə 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Ufuk Budakın son komandası Türkiyə I liqasında mübarizə aparan “Qaziantep Böyükşəhər Bələdiyyəsi” olub.
Millimizin üzvü rəsmən Super Liqa klubunda - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər