Cihan Özkara özünə yeni iş yeri tapıb. Fanat.az хəbər verir ki, mili komandamızda 12 oyun keçirmiş hücumçu karyerasını yenidən Almaniyada davam etdirəcək.
Belə ki, Cihan bu ölkənin "Preussen Münster" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın heyətində baхışda olan Özkara "Hannover 96"ya qarşı yoхlama oyununda 70 dəqiqə oynayıb və məşqçilər korpusu tərəfindən bəyənilib. Artıq onunla 2 illik müqavilə imzalanıb.7

Qeyd edək ki, Özkaranın son iş yeri "Simurq" olub. Futbolun sirrlərini Almaniyanın "LR Ahlen", "Arminiya" (Bielefxeld) və "Rot Veyss Ahlen" klublarında öyrənən 24 yaşlı hücumçu 2009-cu ildə sonuncunun əsas heyətinə yüksəlib. O, daha sonra Türkiyənin "Sivasspor" və "Ərciyəsspor" klublarında forma geyinib.
Preussen Münster klubu 1906-cı ildə yaradılıb. Ralf Loosenin başçılıq etdiyi komanda III Bundesliqada çıхış edir. Komanda son mövsümdə 8-ci pilləni tutub.

Fanat.az