Türkiyə Super Liqasında XXII tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyunda "Fənərbaxça" "Elazığspor"un qonağı olub.
Millimizin üzvü Ali Gökdemirin forma geyindiyi komanda hesabı 45-ci dəqiqədə açıb. İlk yarının sonunda Onur Ayık fərqlənib. 58-ci dəqiqədə qırmızı vərəqə alan Kristian Baroni "Fənərbaxça"nı azlıqda qoyub. 10 nəfərlə qalan İstanbul klubunun gücü bərabərlik qoluna çatıb. 83-cü dəqiqədə Mehmet Topal fərqlənib.
Millimizin üzvü matçın iştirakçısı olmayıb. "Elazığspor"un baş məşqçisi Okan Buruk Gökdemiri ehtiyatda saxlayıb.
Qeyd edək ki, hazırda Super Liqanın turnir cədvəlinə başçılıq edən "Fənərbaxça"nın 47 xalı var və ikinci pillədəki "Qalatasaray"ı 4 xal qabaqlayır. "Elazığspor" isə 22 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.az