Millimizin üzvü: "Bundesliqada daha çox oyun keçirəcəyimə ümid edirəm"

Millimizin üzvü: "Bundesliqada daha çox oyun keçirəcəyimə ümid edirəm"

Almaniyanın “Ayntraxt” klubunun "Frankfurt”u 5:2 hesabı ilə məğlub etdiyi yoxlama matçının ikinci hissəsində meydana çıxan və 47-ci dəqiqədə qol vuran millimizin üzvü Renat Dadaşov açıqlama verib. Fanat.Az xəbər verir ki, klubun rəsmi saytına danışan 18 yaşlı hücumçu yeni mövsümdə daha çox oyun keçirəcəyinə ümid etdiyini bildirib: 

“Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı. Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Artıq yeni mövsümə köklənmək vaxtı yetişib. Azarkeşlərə verdikəri dəstəyə görə təşəkkür edirəm. Yeni mövsümdə Bundesliqada daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdi”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər