Millimizin üzvü "Borussiya"ya qol vurdu

Millimizin üzvü "Borussiya"ya qol vurdu
Almaniyanın Regional Liqasının Qərb zonasında XXXIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, əsas yığmamızın futbolçusu olan Toğrul Eratın çıxış etdiyi Düsseldorf "Fortuna"sının 23 yaşadək komandası turu qələbə ilə başa vurub.
Bu komanda turnir cədvəlində II pillədə yer almış Mönxenqladbax "Borussiya"sının II komandasına 3:2 hesabı ilə qalib gəlib. Bu görüşdə Erat 90 dəqiqə komandasının 2 hücumçusundan biri olub. O, 53-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Bu, Eratın cari mövsüm vurduğu 9-cu qoldu.
Qeyd edək ki, "Fortuna"nın II komandası 33 oyun keçirib və 53 xalla V pillədə qərarlaşıb. Toğrul Eratın komandasının 3-cü Liqaya çıxmaq şansları qalmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər