21 yaşadək millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Düsseldorf təmsilçisi Dortmund "Borussiya"sı ilə qarşılaşıb.
Oyun Dortmund klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü 18-ci dəqiqədə Martin Latkaya qol ötürməsi verib. Bu qol bərabərliyin təmin olunması ilə nəticələnib. Tuğrul 90 dəqiqə meydanda olub.
Fanat.az