Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Natalya Məmmədovanın yeni klubu məyyənləşib.
Fanat.Az xəbər verir ki, ukraynalı legionerimiz Qazaxıstanın "Altay” klubuna keçib.
Qeyd edək ki, Natalya Məmmədova İsveçrə, Azərbaycan çempionu olub, İspaniya, Türkiyə, Rusiya çempionatlarının mükafatlarına yiyələnib. İsveçrə və Rusiya kuboklarını başı üzərinə qaldırmış voleybolçu "Rabitə” ilə klublararası dünya çempionluğu yaşayıb və üç dəfə Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.
Fanat.Az