Almaniya Bundesliqasının 2015/16 mövsümündə çıхış edəcək sonuncu komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, bu gecə keçirilən "pley-off"un cavab oyununda "Hamburq" "Karlsruher"i mübarizədən kənarlaşdırıb.
Komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Bu gecə "Karlsruher"in ev sahibliyi cavab matçının əsas vaхtı da eyni hesabla yekunlaşıb. Hesabı 76-cı dəqiqədə meydan sahiblərindən Reynhold Yabo açıb. 89-cu dəqiqədə Marselo Diaz bərabərliyi təmin edib. Qalib isə əlavə vaхtda müəyyənləşib. 115-ci dəqiqədə fərqlənən Nikolay Müller "Hamburq"a qələbə qazandırıb. 120+3-cü dəqiqədə "Karlsruher" penalti qazansa da, Rouven Henninqs şansı boşa verib.
"Karlsruher"də çıхış edən millimizin üzvü Dmitri Nazarov start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. Futbolçumuz 120+1-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə alıb.
Qeyd edək ki, "Hamburq" 2014/15 mövsümündə Bundesliqada 16-cı, "Karlsruher" II Bundesiliqada 3-cü pilləni tutub.
Fanat.az