Almaniyanın II Bundesliqasında XXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "Union Berlin"i qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 35-ci dəqiqədə Tuğrul Erataçsa da, Düsseldorf təmsilçisi üstünlüyünü qoruya bilməyib və 58-ci dəqiqədə qol buraxaraq heç-heçəyə razılaşıb.
Qeyd edək ki, bu Tuğrulun II Bundesliqadakı ikinciqolu olub. O, ötən ilin dekabrında "Energi Kottbus"la baş tutan oyunda da fərqlənmişdi.
Fanat.az