Millimizin üzvü Bundesliqada qol hesabını açdı

Millimizin üzvü Bundesliqada qol hesabını açdı
Almaniyanın II Bundesliqasında XVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" səfərdə meydana çıxıb.
Düsseldorf təmsilçisi "Enerji Kottbus"un qonağı olub. "Fortuna" 7-ci dəqiqədə hesabda geri düşsə də, 4 dəqiqə sonra Ervin Hoffer bərabərliyi təmin edib. 63-cü dəqiqədə Çarlison Benskop qonaqların ikinci qolunu vurub. 20 dəqiqə sonra Tuğrul Erat matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1. Bu futbolçumuzun II Bundesliqada ilk qolu olub.
Qeyd edək ki, "Kayzerslautern"lə oyunda "Fortuna"nın əsas komandamsında debüt edən Tuğrulla yanaşı, 21 yaşadək futbolçulardan ibarət yığmamıza namizəd olan, Bolqarıstanla oyunda millimizdən dəvət alsa da, zədə üzündən gələ bilməyən Eren Taşkın da "Fortuna"nın U-23 komandasından əsas heyətinə cəlb olunub. Eren bu günkü matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Fortuna" 18 oyundan sonra 25 xalla turnir cxədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Almaniya
II Bundesliqa
XVIII tur
14 dekabr
Enerji Kottbus - Fortuna 1:3
Qollar: Amin Affane, 7 - Ervin Hoffer, 11.  Çarlison Benskop, 63. Tuğrul Erat, 83.
Fortuna: Fabian Qiefer, Tobias Levels, Martin Latka, Stilianos Malezas (Bruno Suares, 73), Dustin Bomheuer, İvan Paureviç, Kristian Qartner (Kristian Veber, 85), Tuğrul Erat, Ben Halloran (Andreas Lamberts, 67), Ervin Hoffer, Çarlison Benskop.
Ehtiyat oyunçular: Mixael Rensinq, Leon Balogun, Stefan Reysinger, Eren Taşkın.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər