Almaniyanın II Bundesliqasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "Sankt-Pauli"ni qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul Erat matçın iştirakçısı olub. Millimizin üzvü 81-ci dəqiqədə Aksel Bellinqhauzenin yerinə meydana çıxıb.
Qeyd edək ki, "Fortuna" 10 turda 19 xal toplayaraq turnir cədvəlinin II pilləsində qərarlaşıb və lider "İnqolştadt"dan 3 xal geri qalır. Tuğrul bu mövsüm II Bundesliqada 3 oyuna çıxaraq 32 dəqəqə, Regional Liqadakı 7 matçda 630 dəqiqə oynayıb.
Fanat.az