Almaniyanın II Bundesliqasında XXV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "İnqolştadt"ın qonağı olub.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov matçın iştirakçısı olmayıb. Millimizin üzvü ehtiyatda qalıb.
Qeyd edək ki, "Karlsruher" 25 turdan sonra 43 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az