Millimizin üzvü Bundesliqada dubl etdi - VİDEO

Millimizin üzvü Bundesliqada dubl etdi - VİDEO

Almaniyanın II Bundesliqasında XXVIII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" "Münhen 1860"ı qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Nazarov sonadək meydanda olub və dubl edib. 42-ci dəqiqədə penaltidən hesabı açan futbolçumuz 73-cü dəqiqdə oyunda son nöqtəni qoyub. O, yenə penaltidən fərqlənib.

Qeyd edək ki, "Aue" 28 turdan sonra 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər