21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Erat II Bundesliqada debüt edib. Fanat.az xəbər verir ki, Düsseldorf "Fortuna"sının əsas heyətinə cəlb olunun futbolçumuz bu gecə meydana çıxıb.
Turğur "Kayzerslautern"lə səfər matçının start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Millimizin üzvünün debütü "Fortuna" üçün uğurlu alınıb. Belə ki, Düsseldorf təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, I Bundesliqada çıxış edən Düsseldorf uğursuz çıxış edir. Bu səbəbdən rəhbərlik komandada islahatlara start verib. Baş məşqçisi Mayk Büskensi istefaya göndərən "Fortuna" bu postu müvəqqəti olaraq Oliver Rekə tapşırıb. Baş məşqçinin səlahiyyətlərini icra edən mütəxəssis isə komandada ciddi dəyişikliklərə başlayıb, hətta kapitandan belə imtina edərək Tuğrul Eratı əsas heyətə çağırıb.
Onu da qeyd edək ki, "Fortuna" 17 turdan sonra 22 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az